Haqqımızda

Salam əziz Qonaq

2002-ci ildən şüşə üzərində bəzək və dekor işləri ilə məşğul olan emalatxanamız, 2010-cu ildən «Buta Glass» adı ilə fəaliyyətini davam etdirməkdədir.
Şüşə üzərində yüz illərlə görülən əl işləri nəsildən - nəsilə ötürülərək bu günümüzə qədər gəlib çatmışdır. İndi isə bu qədim sənət işi öz axarını dəyişir və yeniləşir.
Azərbaycan ornament sənətində istifadə olunan bəzək elementlərini müasir formalarla birləşdirərək şüşəyə nəqş etməyi firma olaraq öhdəmizə götürdük. Daima axtarışda olan əməkdaşlarımız gündən - günə şüşə sənətini yeni - yeni boyalar, dekorlar, qızıl və platin örtükləri ilə daha da yeniləşdirirlər.

Milli dəyərimiz sayılan Butanı «Buta Glass» olaraq gələcək nəsillərə ən gözəl şəkildə təqdim etməyi özümüzə vətəndaşlıq borcu bilirik.

Mallarımızın xammalı Türkiyə "Paşabahçe" fabrikasında əl ilə hazırlanan yüksək keyfiyyətli şüşələrdir. Şüşənin üzərindəki bəzək işləri tamamilə əl işi olub emalatxanamızda görülür. Məmulatların təmizliyi heç bir kimyəvi maddə istifadə olunmadan ilıq və ya soyuq su ilə əldə yuyulub qurulanmaqla aparılır. İstifadə təlimatına əməl edildikdə məmulatların ömrü uzun müddətli olur.

( Malların bir qismi dekorativ məqsədlə istifadə olunur. )

Tövsiyə edənlər

  • Bakcell | Tövsiyə edir

    Azərçay| Tövsiyə edir

    SOCAR| Tövsiyə edir

  • Azerfon | Tövsiyə edir

    Borjomi | Tövsiyə edir

    AS Bankı| Tövsiyə edir

Portfelimiz

Yeni məhsulları izləmək üçün:

Şirkət heyəti
  • Ələddin Həsənov

    Təsisçi

    Nahid Həsənli

    İcraçı direktor

    Feridun Usta

    Baş usta

    Vüsal Qəhrəmanov

    Baş dizayner

Karyera

  • İnsan resursları | Buta Glass MMC

    Şirkətimizə hal hazırda əməkdaş tələb olunmur.

Xidmətlərimiz

Şüşə qabların üzərində dekorasiya işləri

Şüşə qabların rənglənməsi və qumlanması

Hədiyyəlik şüşə qabların hazırlanması və satışı

Xüsusi cehizlik şüşə qabların hazırlanması

Müəssisə loqolarının şüşə və porselen qabların üzərinə həkk olunması

Sifarişlə şüşə qabların üzərində ornament və dekorasiyanın həkk olunması

Müştərilərimiz

Məktubunuzu göndərin

Telefon:

+99455 553 8080

+99450 204 9075

Ünvan:

Elmar Hüseynov küçəsi 1, Mərdəkan, Bakı, Azərbaycan

info@butaglass.com

sale@butaglass.com